“Azərbaycan dilini öyrənirik” kitabının təqdimat mərasimi keçirilib

“Azərbaycan dilini öyrənirik” kitabının təqdimat mərasimi keçirilib






presstv

"Presstv"az #Alyona Əliyeva, #Arzu Əliyeva, #Audi, #Azərbaycan, #Bakı, #Baş redaktor, #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #İlham Əliyev, #Jurnalistlər, #Kitab, #Leyla Əliyeva, #Media Mərkəzi, #Səbinə Əliyeva, #Təhsil, #Yazıçı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Noyabrın 18-də “LIBRAFF” kitab mağazaları şəbəkəsinin “Park Akademiya” filialında Səbinə Əliyeva, Hüzurə Ağayeva və Gülarə Əmirovanın həmmüəllifi olduqları “Azərbaycan dilini öyrənirik” kitabının təqdimat mərasimi keçirilib.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu ƏliyevaAlyona Əliyeva iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən kitabın həmmüəllifi Səbinə Əliyeva kitabın 4-6 yaşlı uşaqlar üçün nəzərdə tutulduğunu, ölkəmizdə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində yetişən uşaqlara, o cümlədən Azərbaycandan kənarda yaşayan balaca həmyerlilərimizə ana dilini öyrətmək, dilimizə qarşı sevgi oyatmaq, öz dilimizdə ünsiyyət qurmaq bacarıqlarını uşaq yaşlarından formalaşdırmaq məqsədi daşıdığını deyib: “Bu kitabı hazırlamaqda əsas hədəflərdən biri Azərbaycan dilini öyrətməklə yanaşı, ölkəmizin milli dəyərlərinə, mədəniyyətinə bağlılıq yaratmaqdır. Kitab ümumilikdə 8 bölmədən ibarətdir və müxtəlif mövzulara həsr olunub. Kitabın ən maraqlı xüsusiyyətlərindən biri şəkillər əsasında hazırlanmasıdır. Həmin yaş qrupunda olan uşaqlarda oxu-yazı bacarığı hələ formalaşmır. Ona görə də balacaların qavrama xüsusiyyətləri nəzərə alınaraq mövzular şəkillərlə izah olunub. Bir yandan da şəkillərlə öyrənmə prosesi daha əyləncəli və yaddaqalan edir. Ən maraqlı cəhətlərdən biri “dinləyək və öyrənək” rubrikasıdır. Burada Azərbaycan şairlərinin şeirləri audioformat şəklində, yəni QR kod vasitəsilə səsli versiyada oxutdurulur. Bununla yanaşı, kitaba uşaqların erkən yaşda ilkin ünsiyyət bacarıqlarını inkişaf etdirmək üçün ən zəruri olan ifadələr, sözlər, cümlələr daxil edilib ki, burada da məqsəd öyrənmə prosesini daha sistemli şəkildə həyata keçirməkdir. Məlum olduğu kimi, həmin yaş qrupundan olan uşaqlara yazılı söz və ifadələr, həmçinin şeirlər müəllimlər və valideynlər tərəfindən səsləndirilir və öyrədilir. Kitabda bir növ müəllim və valideynlərə istiqamət verilir”.

Kitabın redaktoru professor Sevinc Əliyeva üçillik zəhmətin bəhrəsi olan həmin kitabın dilimizə sevgi, dəyərlərimizə bağlılığın ifadəsi olduğunu bildirib. O, nəşri xaricdə yaşayan və böyüyən azərbaycanlı uşaqların da sevimli kitabına çevriləcəyinə inamını ifadə edib.

Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, yazıçı, şair, pedaqoq, professor Zahid Xəlil, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Göyərçin” jurnalının baş redaktoru, professor Rafiq Yusifoğlu, Abdulla Şaiqin nəvəsi və ev-muzeyinin direktoru Ülkər Talıbzadə çıxış edərək Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışı zamanı nitqindən fikirləri xatırladıblar. Bildirilib ki, ölkə başçısının vurğuladığı kimi Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. Çıxış edənlər Azərbaycan dilinə dövlət səviyyəsində qayğı göstərildiyini qeyd edib, bu istiqamətdə atılan addımlardan bəhs ediblər.

Natiqlər “Azərbaycan dilini öyrənirik” kitabını tədris vasitəsi kimi yüksək qiymətləndirib, uşaqların doğma dilimizdə düşünüb-danışmağı sadə və anlaşılan şəkildə öyrənməsi üçün faydalı olacağına və bu cür layihələrin davamlı xarakter alacağına inamlarını ifadə ediblər.

Tədbir zamanı, həmçinin bədii hissə nümayiş etdirilib, kitaba daxil edilən şeirlərdən bir neçəsi QR kod vasitəsilə səsləndirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv