Botoksdan sonra görmə və nitq pozuntusu riski artır

Botoksdan sonra görmə və nitq pozuntusu riski artır






presstv

"Presstv"az #ABŞ, #Araşdırma, #Həkim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son illərdə estetik prosedurlar arasında geniş istifadə olunan botoks inyeksiyaları ilə bağlı yeni narahatlıqlar ortaya çıxıb. Mütəxəssislər botulinum toksininin sinir sisteminə mənfi təsirlər göstərə biləcəyini bildirirlər.

presstvaz xəbər verir ki, araşdırmalara əsasən, yüksək dozada və ya qeyri-peşəkar şəkildə vurulan botoks sinir impulslarının ötürülməsini ləngidə və ya bloklaya bilər. Bu isə bəzi hallarda əzələ zəifliyi, görmə problemləri, nitq və udqunma çətinliyi kimi nevroloji əlamətlərlə müşahidə oluna bilər.

Nevroloqlar qeyd edir ki, botoks əslində sinir-əzələ əlaqəsini müvəqqəti dayandıraraq əzələlərin hərəkətini məhdudlaşdırır:

"Lakin bu müdaxilə bəzən orqanizmin başqa hissələrində də təsir göstərə və gözlənilməz nəticələrə səbəb ola bilər. Xüsusilə botoks toksini sinir uclarından mərkəzi sinir sisteminə keçərsə, ciddi fəsadlar yarana bilər".

Qeyd edək ki, hazırda dünya üzrə bir sıra ölkələrdə botoksun yan təsirləri ilə bağlı məhkəmə işləri aparılır. ABŞ Qida və Dərman Administrasiyası da bu məsələyə diqqət ayıraraq, botoks məhsulları üzərində xəbərdarlıq etiketlərinin olmasını tövsiyə edib.

Mütəxəssislər bildirirlər ki, botoks prosedurlarını yalnız sertifikatlı və təcrübəli həkimlər həyata keçirməlidir. Həmçinin, pasiyentlər inyeksiyadan öncə öz tibbi keçmişlərini və sinir sistemi ilə bağlı hər hansı problemi həkimə bildirməlidirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv