Kərə yağını soyuducuya qoyanlar üçün xəbərdarlıq

Kərə yağını soyuducuya qoyanlar üçün xəbərdarlıq






presstv

"Presstv"az #Bakteriya, #Günəş, #kərə yağı, #Soyuducu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mətbəxin ən əsas qidalarından biri olan kərə yağının soyuducuda saxlanması çoxlarının gündəlik vərdişidir. Lakin qida mütəxəssisləri bu alışqanlıqla bağlı vacib xəbərdarlıq edirlər.

presstvaz xəbər verir ki, mütəxəssislərin fikrincə, kərə yağı əslində otaq temperaturunda istifadəyə daha çox uyğun olur və doğru qabda saxlanıldığı halda iki həftədən artıq təzə qala bilir. Bu üsul həm də qida israfının qarşısını alır.

Wheeldon Brothers şirkətinin mütəxəssisləri bildirir ki, xüsusilə duzlu kərə yağı düşündüyümüzdən daha davamlıdır. İnsanlar çox vaxt yağın yumuşalmasını xarab olma ilə səhv salaraq onu zibilə atır. Halbuki kərə yağı aşağı rütubətə və az miqdarda protein-karbohidrat tərkibinə malik olduğundan bakteriya və kif üçün əlverişli mühit yaratmır.

Mütəxəssislər kərə yağını açıqda və yalnız orijinal kağız qablaşdırmada saxlamağın bakteriya yaranmasına səbəb ola biləcəyini bildirir. Buna görə mütləq qapaqlı yağ qabından istifadə olunması tövsiyə edilir.

Günəş alan yerlər və soba ətrafı kimi isti nöqtələrdə saxlanması isə qətiyyən məsləhət görülmür.

Kərə yağını soyuducuda saxlamağı üstün tutanlar üçün isə mütəxəssislər bildirir:

  • Duzlu kərə yağı soyuducuda 1-2 ay,
  • Dondurucuda isə 9 aya qədər saxlamaq olar.

Lakin soyuducuda saxlanılan yağın çox bərkiməsi bir çox insanın ehtiyacından artıq kəsməsinə və nəticədə israf olmasına səbəb olur. Tez-tez masada yumşalması da əlavə itki yaradır.

Bu səbəbdən mütəxəssislər sadə saxlanma qaydaları ilə həm israfın qarşısını almağın, həm də yemək hazırlığını daha rahat etməyin mümkün olduğunu deyirlər.

Kərə yağını soyuducuda saxlamanın zərərləri

  • Digər qidaların qoxusunu tez çəkir və dadı dəyişir.
  • Bərkidiyi üçün sürtmək çətinləşir.
  • Teksturası korlana bilər, kristallaşma yarana bilər.
  • Yağ-su ayrımı nəticəsində keyfiyyəti aşağı düşür.

Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv