Filipp Kirkorov yenə məhkəməyə verilib: Məşhur müğənninin banka borcu olduğu bildirilir

Filipp Kirkorov yenə məhkəməyə verilib: Məşhur müğənninin banka borcu olduğu bildirilir






presstv

"Presstv"az #Audi, #Kredit borcu, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Məşhur rusiyalı müğənni Filipp Kirkorovdan kredit borcunu ödəmək üçün 12 milyon rubl (təxminən 251 min manat) tələb olunur.

presstvaz xəbər verir ki, müğənninin nümayəndəsi Roman Kuzmin TASS-a açıqlamasında məlumatı təsdiq edib.

“Mənim müştərimdən kredit məbləği və cərimələr də daxil olmaqla 12 milyon rubl almaq istəyirlər. Kirkorov bankın əvvəlki rəhbərliyi ilə bu məbləğin müqabilində 2022-ci ildə Yeni il korporativ şənliyində çıxış edəcəyi barədə razılığa gəlib”, – deyə müğənninin nümayəndəsi bildirib.

Məlumata görə, ulduz sənətçi krediti 2020-ci ildə götürüb, borc ödənilməyəndən sonra Kirkorovun razılığı ilə iddia başqa quruma keçib. İddia ilə bağlı məhkəmə iclası bağlı qapılar arxasında keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl Kirkorovdan 7.7 milyon rubl tələb edilən məhkəmə iddiası ilə bağlı xəbərlər yayılmışdı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv