Qazaxıstanda güclü yanğın: Doqquzu uşaq olmaqla 12 nəfər həlak olub

Qazaxıstanda güclü yanğın: Doqquzu uşaq olmaqla 12 nəfər həlak olub






presstv

"Presstv"az #Ailə, #Araşdırma, #Başsağlığı, #Hadisə, #Hakim, #Kiyev, #Qazax, #Qazaxıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qazaxıstanın Türküstan vilayətinin Alqabas kəndində (Jetısay rayonu) ikimərtəbəli fərdi evdə baş vermiş yanğın nəticəsində 12 nəfər, o cümlədən doqquz uşaq həlak olub.

presstvaz Qazaxıstan mediasına istinadla xəbər verir ki, yanğınsöndürənlər hadisə yerinə çatanda ev artıq tamamilə alov içində olub. Üç nəfəri evdən çıxarıblar, lakin digərlərini xilas etmək mümkün olmayıb.

Qonşuların sözlərinə görə, bir gün əvvəl həmin evdə qonaqlıq olub, qonaqlar orada gecələyiblər. Yanğın 360 kvadratmetr ərazidə söndürülüb.

Qazaxıstanın uşaq ombudsmanı Dinara Zakiyeva bu barədə sosial şəbəkədə paylaşım edərək faciənin təfərrüatını açıqlayıb:

“Evdə iki ailə olub: valideynlər və uşaqlar. Yanğın zamanı dam örtüyü uçub”.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev həlak olanların ailələrinə başsağlığı verib, hökumətə və vilayət hakiminə ailələrin qohumlarına bütün zəruri yardımı göstərməyi tapşırıb. Onun göstərişi ilə hökumət komissiyası yaradılıb.

Qeyd olunur ki, zərərçəkmişlərə və mərhumların ailələrinə tibbi və psixoloji yardımlar da daxil olmaqla, hər cür kömək göstəriləcək.

Regional səhiyyə idarəsi üç zərərçəkmişin, o cümlədən bir uşağın xəstəxanaya çatdırıldığını bildirib. Hazırda onlar reanimasiyadadırlar, vəziyyətləri ağır, lakin sabitdir.

Yanğın faktı üzrə araşdırma başlayıb, hadisənin səbəbləri müəyyənləşdirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv