AHİK və Vəkillər Kollegiyası arasında Əməkdaşlıq Memorandumu imzalanıb

AHİK və Vəkillər Kollegiyası arasında Əməkdaşlıq Memorandumu imzalanıb






presstv

"Presstv"az #Anar Bağırov, #Araşdırma, #Audi, #Azərbaycan, #Vəkillər Kollegiyası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Vəkillər Kollegiyasının nümayəndələri ilə görüş keçirilib.

presstvaz xəbər verir ki, konfederasiya sədri Sahib Məmmədov ölkəmizdə həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti üçün yaradılan əlverişli şəraiti vurğulayıb, ittifaq üzvlərinin əmək, sosial-iqtisadi hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili istiqamətində görülən işlərdən danışıb.

Görüşdə həmkarlar ittifaqları sistemində aparılan islahatlar, tətbiq edilən yeniliklər, həyata keçirilən layihələr barədə də ətraflı məlumat verilib. Qeyd edilib ki, Konfederasiyanın Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi tərəfindən müraciətçilərə işçi hüquqları ilə bağlı ödənişsiz dəstək göstərilir, maarifləndirmə tədbirləri təşkil olunur.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov Azərbaycan qanunvericiliyində əmək hüquqlarını tənzimləyən mükəmməl qanunvericilik bazasını vurğulayıb, əmək hüquqlarının müdafiəsi sahəsində AHİK tərəfindən aparılan islahatları və tətbiq edilən yenilikləri yüksək dəyərləndirib.

Tədbirdə iki qurum arasında əlaqələrin əhəmiyyətindən bəhs edilib, əməkdaşlığın istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Vəkillər Kollegiyası arasında birgə Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Memorandum həmkarlar ittifaqı üzvlərinin hüquq və maraqlarının daha etibarlı müdafiəsi, hüquqi maarifləndirmə tədbirlərinin artırılması və bu sahədə birgə fəaliyyətin genişləndirilməsini nəzərdə tutur.

Sənədə əsasən, tərəflər əmək hüquqları üzrə elmi-praktiki araşdırmaların təşviqi, həmkarlar ittifaqı üzvləri və vəkillər üçün seminar, təlim və konfransların keçirilməsi və s. sahələrdə əməkdaşlıq edəcəklər.

Sonra Vəkillər Kollegiyasının nümayəndələri “Kurort” Turizm İnformasiya Mərkəzində tətbiq edilən yeniliklər, eləcə də Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin fəaliyyəti ilə tanış olublar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv