Türkiyədə “İldırım səfərbərlik-2025” təlimi keçirilib

Türkiyədə “İldırım səfərbərlik-2025” təlimi keçirilib






presstv

"Presstv"az #Audi, #Haber Global, #Nəqliyyat, #Türkiyə, #Türkiyə Milli Müdafiə Nazirliyi, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyə Milli Müdafiə Nazirliyinin koordinasiyası altında Çanaqqaladakı 18-ci Gelibolu Mexanikləşdirilmiş Zirehli Briqadasının komandanlığında “İldırım səfərbərlik-2025” təlimi keçirilib.

presstvaz xəbər verir ki, “Haber Global” televiziya kanalı təlimdən görüntülər paylaşıb.

Qeyd olunur ki, təlim üçün cəlb edilən ehtiyat heyəti inventarda olan silahlarla tanış olub. Onların potensial fövqəladə hallara hazırlıq səviyyəsi ölçülüb. Təlim zamanı tapşırıqlara uyğun olaraq, düşmən elementləri müəyyən edilib və tanklar hücuma keçib.

Bildirilir ki, hədəflər yerli istehsal olan silah sistemləri ilə məhv edilib. Burada fövqəladə vəziyyətdə türk əsgərlərinin sürətli reaksiyası nümayiş etdirilib. Təlimdə 11 zabit, 18 serjant və 49 ixtisaslaşmış serjant olmaqla ümumilikdə 261 ehtiyat heyət, eləcə də ekspedisiya xidməti üçün sifariş edilmiş 27 nəqliyyat vasitəsi iştirak edib.

Bundan əlavə, təlimdə 12 dövlət qurumu və təşkilatı iştirak edib. Təlimin məqsədi, həmçinin qurumlararası əməkdaşlığın sınaqdan keçirilməsi olub.

Daha ətraflı videoda:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv