Doğrama taxtalarını əsla yuyucu tozla yumayın – SƏBƏB

Doğrama taxtalarını əsla yuyucu tozla yumayın – SƏBƏB






presstv

"Presstv"az #Bakteriya, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mətbəxdə istifadə etdiyiniz bəzi ləvazimatları daha güclü təmizləyicilərlə yumaq istəyə bilərsiniz. Amma qida ilə birbaşa təmasda olan əşyalar üçün kimyəvi maddələrdən uzaq durmaq ən doğru seçimdir. Doğrama taxtaları da bu siyahıya daxildir. Buna görə də onları xlor, yuyucu toz və digər sərt kimyəvilərlə yumaq məsləhət görülmür.

presstvaz xəbər verir ki, bu taxtalar düzgün təmizlənmədikdə bakteriya yığa və sağlamlıq üçün risk yarada bilər. Amma onları kimyəvi maddələrlə yumaq, xüsusilə taxta materialdan olanları korlayır və qurudaraq çatlamasına səbəb ola bilər.

Əslində doğrama taxtasını dərindən təmizləmək üçün lazım olan tək şey tuzdur.

Duz taxtanın səthindəki ləkələri, qida qalıqlarını çıxarır və aşındırıcı təsir göstərir. Eyni zamanda suyu özünə çəkdiyi üçün bakteriyaların içindəki nəmi alıb onları qurudur və məhv edir.

Xüsusi bir duz növünə ehtiyac yoxdur. Evdə olan iri dənəli və ya adi mətbəx duzu kifayətdir. Limonla birlikdə istifadə etdikdə nəticə daha yaxşı olur.

Limonun turşuluğu yağlı qalıqları əridir, ləkələri açır, köhnə qoxuları aradan qaldırır.

Doğrama taxtasının düzgün təmizlənmə qaydası

Taxtanı əvvəlcə su ilə durulayın.

Üzərinə təxminən 1-1,5 stəkan duz səpin.

Bir limonu iki yerə bölün və kəsik hissəsi ilə duzu taxtaya yaxşıca yedirdin.

Qarışığı 5-10 dəqiqə taxtanın üzərində saxlayın.

Sonra duzu taxtadan sıyırın və ya su ilə yuyun.

Üstündəki qalıqları təmizləmək üçün süngərdən istifadə edin.

Bu zaman duz və limonun qarışığının rənginin bozlaşdığını görəcəksiniz – bu, çıxan yağ və kir hissəcikləridir.

Tuz-limon üsulu daha çox ayda bir dəfə edilən dərin təmizlik üçündür. Gündəlik olaraq sadəcə isti su ilə yumaq kifayətdir.

Dərin təmizləmədən sonra taxta tam quruduqda üzərinə qida üçün uyğun mineral yağ çəkmək onun çatlamasının qarşısını alır və ömrünü uzadır.


presstvaz


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv