Ukrayna Yunanıstanla 2 milyard avro dəyərində qaz idxalı barədə razılaşıb

Ukrayna Yunanıstanla 2 milyard avro dəyərində qaz idxalı barədə razılaşıb






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avropa, #Avropa Komissiyası, #Norveç, #Ukrayna, #Volodimir Zelenski, #Yunanıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukrayna Yunanıstanla qış dövrü üçün əlavə təbii qaz idxal marşrutu təşkil edilməsi barədə razılıq əldə edib.

presstvaz bildirir ki, bu barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında paylaşıb.

“Yunanıstanla Ukrayna üçün qazla bağlı razılaşma hazırladıq. Ukrayna hasilatındakı itkiləri kompensasiya etmək üçün təxminən 2 milyard avroluq qaz idxal ehtiyacını qarşılayacayıq”, – deyə o yazıb.

Zelenski qeyd edib ki, idxal üçün vəsaitlər Ukrayna hökuməti tərəfindən, Avropa tərəfdaşlarının və Avropa Komissiyasının zəmanəti ilə fəaliyyət göstərən bankların, həmçinin Ukrayna və Norveçin maliyyə qurumlarının iştirakı ilə yönləndirilir.

Qeyd edək ki, Yunanıstan Ukraynaya və digər Avropa ölkələrinə ixrac üçün aktiv şəkildə ABŞ qazı alır (“şaquli dəhliz” – Transbalkan marşrutu ilə).


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv