Hikmət Hacıyev: “Azərbaycan-Mərkəzi Asiya platforması çərçivəsində Zəngəzur dəhlizi əməkdaşlıq üçün yaxşı perspektivlər vəd edir”

Hikmət Hacıyev: “Azərbaycan-Mərkəzi Asiya platforması çərçivəsində Zəngəzur dəhlizi əməkdaşlıq üçün yaxşı perspektivlər vəd edir”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Hikmət Hacıyev, #Jurnalistlər, #Nəqliyyat, #Özbəkistan, #Prezident Administrasiyası, #Zəngəzur dəhlizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Zəngəzur dəhlizi bu gün qəbul edilmiş Azərbaycan-Mərkəzi Asiya platforması çərçivəsində iqtisadi, ticarət, nəqliyyat-logistika əməkdaşlığı üçün çox yaxşı imkanlar və perspektivlər vəd edir”.

presstvaz “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərlə söhbətində deyib.

O, qardaş Özbəkistana Azərbaycanın Mərkəzi Asiya ölkələrinin məşvərət görüşləri formatına tamhüquqlu üzv olması ilə bağlı qərarın qəbul edilməsinə görə dərin təşəkkür etdiyini bildirib:

“Azərbaycanda Özbəkistanı çox sevirlər. Biz ortaq mədəniyyətimiz, dəyərlərimizlə qürur duyuruq. Hesab edirik ki, bundan sonra Azərbaycan-Özbəkistan qardaşlığı, dostluğu daha da dərinləşəcək. Burada iki ölkənin lideri bizim üçün gözəl nümunə göstərir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv