Almanlar buna görə kredit kartından istifadə etmir

Almanlar buna görə kredit kartından istifadə etmir






presstv

"Presstv"az #Almaniya, #Apple, #Berlində, #Google, #pandemiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Berlində bir kafeyə girirsiniz. Qəhvəniz gəlir, hesabı istəyirsiniz. Cibinizdən kredit kartını çıxarırsınız… Kassadakı işçi gülümsəyərək məşhur cümləni deyir: “Təəssüf ki, yalnız nağd ödəniş.”

Dünyanın ən müasir ölkələrindən biri olan Almaniyada kredit kartından hələ də çəkinirlər. Bəs səbəb nədir?

presstvaz xəbər verir ki, alman dilində “borc” mənasına gələn Schulden sözü “günah”, “suçluluk” mənasındakı Schuld sözündən yaranıb.

Yəni almanca danışan biri üçün borca düşmək sadəcə maliyyə əməliyyatı deyil, həm də mənəvi yükdür.

Kredit kartı isə “olmayan pulun xərclənməsi” kimi qəbul edilir. Buna görə də bir çox alman üçün kredit kartı rahatlıq deyil, borca düşməyin qapısıdır.

Bu düşüncənin arxasında tarixi bir travma da var:

1920-ci illərdə Weimar Respublikasındakı hiperinflasiya – pulun bir gecədə dəyərsizləşdiyi o qorxunc dövr Almanların kollektiv yaddaşında dərin iz buraxıb.
Bu dövrdən qalan dərs isə belədir: “Yığmaq yaxşıdır, borclanmaq zəiflikdir.”

Almanların kredit kartından uzaq durmasının başqa bir səbəbi də məxfilik həssaslığıdır. Keçmiş Şərqi Almaniya dövründə Stasi tərəfindən uzun illər izlənən insanlar bu mövzuda çox ehtiyatlıdırlar.

Hətta bu gün belə bir çox alman Google Xəritələrdə öz evinin görüntüsünü bulanıqlaşdırmağı seçir.

Onlar üçün kredit kartı ilə ödəmək “iz buraxmaq” deməkdir – harada, nə vaxt, nə aldığınızı bankın bilməsi deməkdir.

Bu səbəblə nağd ödəniş bir növ azadlıq ifadəsi sayılır:
“Mənim həyatımı heç kim izləyə bilməz.”

Almanlar kart istifadə etmir? Edirlər – amma kredit kartı yox, Girocard (EC-Karte).

Bu kartla edilən hər ödəniş dərhal bank hesabından çıxır. Yəni borc deyil, real pul xərclənir.

Bu sistem kiçik bizneslərin də marağına uyğundur: Girocard komissiyası çox aşağıdır.

Almanlar üçün bu gerilik deyil, maliyyə intizamının göstəricisidir.

Almaniyada orta statistik bir vətəndaş cüzdanında hər zaman minimum 100 avro nağd gəzdirir.

Çünki nağd pul nəzarət deməkdir – xərclədiyin pulu gözünlə görürsən. Kredit kartı isə insanların gözündə “görünmədən yox olan pul” təsiri yaradır.

Pandemiya dövründə təmassız ödənişlər artsa da, Almanların nağda olan sevgisi tam yox olmadı.

Gənclər rəqəmsal ödənişlərə açıq olsa da, yaşlı nəsil POS cihazlarına hələ də ehtiyatla yanaşır.

Apple Pay, Google Pay və PayPal populyarlaşsa belə, Almaniyada bir söz hələ də keçərlidir:

“Bargeld ist König” – Nağd kraldır.


presstvaz


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv