Devid Bekhem futbol karyerasına görə peşmandır

Devid Bekhem futbol karyerasına görə peşmandır






presstv

"Presstv"az #"Mançester Yunayted", #"Real Madrid", #Audi, #Devid Bekhem, #Futbol, #İngiltərə, #İnter Mayami, #Los-Anceles, #Milan, #PSJ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İngiltərə millisinin keçmiş kapitanı Devid Bekhem karyerası ilə bağlı peşmanlığını dilə gətirib.

presstvaz “People” jurnalına istinadən xəbər verir ki, o, karyerasını başa vurduqdan sonra əldə etdiyi məşhurluğun futbol oynamaqdan aldığı həyəcanı əvəz etmədiyini və buna görə hələ də çox darıxdığını qeyd edib:

“Həyatının hər hansısa bir mühüm mərhələsindən keçəndə, bəzən həmin anda bütün bunları tam şəkildə dərk etmək çətin olur.

Futbol oynadığım günlər üçün çox darıxıram və düşünmürəm ki, o zaman hər şey bitdikdən sonra bütün bunların mənə nə qədər çətin olacağını dərk edirdim. Əgər bir şeyi dəyişə bilsəydim, özümə gənc ikən hər anın qədrini bilməyi məsləhət görərdim”.

Xatırladaq ki, Bekhemin karyerası İngiltərə futbol tarixinin ən parlaq karyeralarından biridir. O, “Mançester Yunayted”lə çox sayda mükafat qazandıqdan sonra, “Real Madrid”, “Los-Anceles Qalaksi”, “Milan” və PSJ-də çıxış edib, 2013-cü ildə isə futbol karyerasını tamamilə başa vurub. Hazırda o, MLS klubu “İnter Mayami”nin həmsahibidir və dünyanın ən tanınmış simalarından biri kimi böyük kommersiya uğuru qazanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv