BDYPİ: “Sürət hədlərinin müəyyən edilməsində məqsəd insan həyatını qorumaqdır”

BDYPİ: “Sürət hədlərinin müəyyən edilməsində məqsəd insan həyatını qorumaqdır”






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Yolda yüksək sürətlə hərəkət edən sürücülərin ətrafı qavrama qabiliyyəti kəskin zəifləyir. Sürət artdıqca görmə bucağı daralır, diqqət isə yalnız qarşıda görünən məhdud sahəyə yönəlir. Bu hal “yüksək sürət korluğu” kimi tanınır və təhlükələrin vaxtında nəzərə alınmasını çətinləşdirir”.

presstvaz xəbər verir ki, barədə BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.

BDYPİ: Sürət hədlərinin müəyyən edilməsində məqsəd insan həyatını qorumaqdır

Araşdırmalar göstərir ki, yüksək sürət zamanı:

• Periferik görmə zəifləyir – yoldan kənarda baş verən dəyişikliklər daha gec qəbul olunur;

* Reaksiya müddəti düzgün hesablanmır – qəfil yaranan təhlükəyə vaxtında müdaxilə etmək çətinləşir;

* Tormoz məsafəsi artır – toqquşmanın qarşısını almaq mümkün olmur və nəticələr daha ağır olur.

Sürət hədlərinin müəyyən edilməsində məqsəd nəqliyyatın hərəkətini məhdudlaşdırmaq deyil, insan həyatını qorumaqdır. Buna görə sürücülərin yolun vəziyyətini, hava şəraitini və hərəkət intensivliyini nəzərə alaraq müəyyən olunmuş sürət limitlərinə ciddi əməl etməsi vacibdir.

“Yollarda təhlükəsizliyiniz üçün sürətə yox, qaydalara riayət etməyə üstünlük verin”.

BDYPİ: Sürət hədlərinin müəyyən edilməsində məqsəd insan həyatını qorumaqdır


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv