Tramp “Tottenhem”in keçmiş sahibini əfv etdi

Tramp “Tottenhem”in keçmiş sahibini əfv etdi






presstv

"Presstv"az #ABŞ, #Ailə, #Audi, #Dollar, #Donald Tramp, #Futbol, #İngiltərə, #Premyer Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp 2024-cü ildə ona məxsus şirkətlər haqqında insayder birja məlumatlarını ötürməkdə təqsirli bilinən ingilis futbol klubu “Tottenhem”in keçmiş sahibi Co Lyuisi əfv edib.

presstvaz xəbər verir ki, bu barədə “The Atlantic” jurnalı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, müsbət qərarın verilməsinə sahibkarın 88 yaşında olması, həmçinin insayder ticarətindən şəxsi gəlir əldə etməməsi təsir göstərib. Bu əfv ona hökm çıxarıldığı vaxtdan bəri ilk dəfə ailəsinin əksər hissəsinin yaşadığı ABŞ-yə qayıtmağa imkan verəcək.

Xatırladaq ki, 2024-cü ildə ABŞ məhkəməsi Lyuisə ona məxsus şirkətlər haqqında insayder birja məlumatlarını tərəfdaşı, dostları, şəxsi köməkçiləri, eləcə də iki şəxsi pilotuna ötürdüyünə görə üç il şərti cəza və 5 milyon dollar cərimə təyin edib. İttihаm tərəfi bildirib ki, onun məsləhətləri məlumatları əldə edənlərə milyonlarla dollar gəlir əldə etməyə imkan verib. 2024-cü ilin yanvarında milyarder özünü təqsirli bilib.

Qeyd edək ki, Lyuis İngiltərə Premyer Liqasının klubu “Tottenhem”in 87.62% səhminin sahibi olan “ETavistock GroupE” investisiya şirkətinin sahibidir. Lyuis 2022-ci ildə “Tottenhem” üzərində nəzarəti ailə trastına təhvil verib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv