Messini izləmək üçün 20 mindən çox insan məşqə qatıldı

Messini izləmək üçün 20 mindən çox insan məşqə qatıldı






presstv

"Presstv"az #ABŞ, #Argentina, #DNT, #Futbol, #İnter Mayami, #İspaniya, #İspaniyanın, #Lionel Messi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Argentina millisinin və ABŞ-nin “İnter Mayami” komandasının futbolçusu Lionel Messi İspaniyanın “Elçe” klubunun stadionunda məşq edib.

presstvaz Goal.com-a istinadən xəbər verir ki, Argentina millisinin Anqola ilə keçirəcəyi yoldaşlıq matçından əvvəl İspaniyada təlim-məşq toplanışı keçib.

Argentina yığmasının “Manuel Martines Valero” arenasında keçirilən təlim-məşq toplanışını 20 mindən çox insan izləyib.

Millinin iki gün əvvəlki məşqi bağlı qapılar arxasında keçirilib. Lakin yenə də azarkeşlər Messini görmək üçün təpələrə, hasarlara və damlara dırmaşıblar. Onların bu əzmkarlığı Argentina Futbol Assosiasiyasını son anda qərar dəyişikliyi etməyə və növbəti məşqi ictimaiyyətə açıq elan etməyə sövq edib.

Məşq sessiyasından sonra Messi sosial şəbəkədə azarkeşlərə öz təşəkkürünü bildirib:

“Uzun müddətdir burada deyiləm, amma belə dəstəyi hiss etmək həqiqətən xoş idi. Gələn hər kəsə təşəkkür edirəm, tribunalarda çoxlu argentinalı var idi. Hamınızı yenidən görmək çox gözəl idi”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv