“Üç övladım dərsə getmir, uşaqlarımın haqqını tələb edirəm” – Kürdəmirdəki məktəbdə nə baş verib?

“Üç övladım dərsə getmir, uşaqlarımın haqqını tələb edirəm” – Kürdəmirdəki məktəbdə nə baş verib?






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Nazirlər Kabineti, #Təhsil, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kürdəmir rayonunun Beyi kənd məktəbində insident yaşanıb.

Kənd sakini Hacı Alcanov iddia edir ki, təhsil ocağında bir sıra problemlər var və o, buna görə övladlarını məktəbə göndərmir.

“Məktəbə gedib gördüm ki, iki sinfi bir-birinə qatıblar. Buna etiraz etdim. İşə polis qarışdı, beş sutka həbs olundum. Hazırda üç övladım məktəbə getmir. Olanlara görə peşman deyiləm, uşaqlarımın haqqını tələb edirəm”, – deyə o əlavə edib.

Məsələ ilə bağlı sözügedən məktəbdən bildirilib ki, sentyabrın 16-da təhsil müəssisəsinə yaxınlaşan vətəndaş etiraz edib. Məktəb rəhbərliyi tərəfindən vətəndaşa Nazirlər Kabinetinin şagird sayı az olan siniflərin komplektləşdirilməsi ilə bağlı qaydaları izah edilib. Bununla razılaşmayan valideyn xoşagəlməz ifadələrlə təlim-tədris prosesinə maneçilik törədib, pedaqoji kollektivin nüfuzunu aşağı salacaq müxtəlif ittihamlar səsləndirib. Təhsil müəssisəsinin kollektivinin yazılı müraciəti əsasında hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb və vətəndaşın səsləndirdiyi iddialar təsdiqini tapmayıb.

Kürdəmir Rayon Məhkəməsinin qərarı ilə vətəndaş 2025-ci ilin oktyabrın 29-da beş gün müddətinə həbs edilib. Məktəb rəhbərliyi tərəfindən valideynlə mütəmadi olaraq əlaqə saxlanılır, övladlarının dərsə davamiyyətinin təmin olunması istiqamətində maarifləndirici söhbətlər aparılır.

Daha ətraflı Baku TV-nin videomaterialında:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv