“WhatsApp”da yeni funksiya – Hər kəs sizə yaza bilməyəcək

“WhatsApp”da yeni funksiya – Hər kəs sizə yaza bilməyəcək






presstv

"Presstv"az #WhatsApp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dünyanın ən çox istifadə edilən mesajlaşma platformalarından biri olan "WhatsApp" istifadəçilərin məxfilik və rahatlıq təcrübəsini artıracaq yeni bir funksiya üzərində işləyir.

presstvaz xəbər verir ki, Android-in 2.25.33.11 kodlu beta versiyasında aşkar edilən xüsusiyyətə görə, əlaqə siyahısında olmayan nömrələrdən gələn mesajlar artıq əsas söhbət siyahısında görünməyəcək. Bunun əvəzinə, bu mesajlar "sorğular" (message requests) adlı ayrıca bir qovluqda toplanacaq.

Beləliklə, naməlum nömrələrdən gələn mesajlar istifadəçilərin şəxsi yazışmaları ilə qarışmayacaq və istənməyən bildirişlərin qarşısı alınacaq.

Yeni sistem "Instagram" və "X" (keçmiş Twitter) platformalarındakı mesaj sorğularına bənzər şəkildə işləyəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv