“Dəmir yumruq” daha da möhkəmləndi: Azərbaycanın güc paradı dünyaya nəyi göstərdi?

“Dəmir yumruq” daha da möhkəmləndi: Azərbaycanın güc paradı dünyaya nəyi göstərdi?






presstv

"Presstv"az #Audi, #Bakı, #Caliber, #dənizdə, #Xəzər dənizi, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

8 noyabr, Bakı. Səhər tezdən Xəzər dənizi üzərində Qələbə bayraqları səmaya yüksəlir. Paytaxtda hərbi parada hazırlıqlar gedir. Bu parad həm şərəfli keçmişin, həm də Silahlı Qüvvələrin sürətli inkişafının simvoluna çevrildi. Keçən şənbə günü Bakıda keçirilən parad daha da güclənmiş dəmir yumruq, milli iradə, texnologiya və qüdrətin təcəssümü idi.

presstvaz xəbər verir ki, bu barədə “Caliber”in “YouTube” kanalının yeni buraxılışında bəhs edilir.

“Paraddan beş gün keçməsinə baxmayaraq, dövlətimizin artan hərbi gücü hələ də siyasətçilərin, tanınmış təhlilçi və ekspertlərin dilindən düşmür. Dünya ictimaiyyətinin Bakıda keçirilən parada qarşı misilsiz yüksək diqqətinin səbəbi təkcə paradda ev sahibi ölkənin Prezidenti ilə yanaşı, digər iki dövlət rəhbərlərinin iştirakında deyil.

Hərbi parad, ilk növbədə, bütün dünyaya dövlətin müdafiə potensialının, onun arsenalında olanların nümayişidir. Buna görə də həmin gün televizor ekranlarına ən yaxın oturanların hərbi ekspertlərin olması təəccüblü deyil. Onlar quruda, havada və dənizdə nümayiş etdirilən hərbi texnikanın özəlliyini hərtərəfli təhlil edərək, sonra çox vaxt gizli olan hesabatlarını tərtib edirlər və onları siyasətçilərə təqdim edirlər. Öz növbəsində siyasətçilər bu hesabatlara əsasən xarici siyasət xəttində müəyyən dəyişikliklər edə bilirlər”, – deyə materialda bildirilir.

Daha ətraflı videomaterialda:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv