Cari ilin doqquz ayı ərzində icra edilməyən xərc istiqamətləri açıqlandı

Cari ilin doqquz ayı ərzində icra edilməyən xərc istiqamətləri açıqlandı






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Milli Məclis, #Sərəncam

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunu təmin etmək üçün kvotadan əlavə iş yerlərinin yaradılması, sosial müəssisələrin təşkili və məqsədli proqramların icrası üzrə tədbirlərin gücləndirilməsinə ayrılan dövlət vəsaitləri səmərəli istifadə olunmur.

presstvaz xəbər verir ki, bu barədə məlumat Milli Məclisə təqdim olunmuş “2026-cı ilin büdcə zərfi”ndə əksini tapıb.

Sənəddə bildirilir ki, Azərbaycan Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”nda da sosial cəhətdən həssas qrupların – o cümlədən cəzaçəkmə müəssisələrindən azad edilmiş, valideynlərini itirmiş və internat məktəblərini bitirmiş şəxslərin əmək bazarına çıxış imkanlarının genişləndirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyən olunub.

2026-cı ildə sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə kvotadan əlavə iş yerlərinin yaradılmasına bir milyon manat, sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsinə iki milyon manat, digər aktiv məşğulluq tədbirlərinə isə bir milyon manat olmaqla ümumilikdə dörd milyon manat vəsait nəzərdə tutulub.

Bu məbləğ cari ilin büdcəsində həmin istiqamətlər üçün ayrılmış vəsaitlə eyni səviyyədə saxlanılıb.

2025-ci ilin 9 ayı ərzində bu istiqamətlər üzrə heç bir xərc icra edilməyib. Halbuki ilin sonunadək nəzərdə tutulan vəsaitin tam xərclənməsi proqnozlaşdırılır. Qeyd olunur ki, əvvəlki illərdə də bu istiqamətlər üzrə vəsaitlərin icrası təmin olunmayıb.

Növbəti ildə sosial müəssisələrin yaradılması və məqsədli proqramların icrası üçün iki milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu, 2024-cü ilin icra göstəricisindən 1.6 milyon manat və ya dörd dəfə çoxdur, eyni zamanda cari ilin təsdiq olunmuş göstəricisinə bərabərdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv