Xidmət rəisi: “Bayır şəhərdə tarixi binaların əksəriyyəti qəzalıdır, bərpası çətindir”

Xidmət rəisi: “Bayır şəhərdə tarixi binaların əksəriyyəti qəzalıdır, bərpası çətindir”






presstv

"Presstv"az #Ailə, #Bakı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“19-20-ci əsrin əvvəllərində tikilən binalar təəssüflər olsun ki, uzun illər dayanıqlığa ciddi təsir göstərən amillərlə üzləşib”.

presstvaz xəbər verir ki, bu barədə APA-ya müsahibəsində Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva deyib.

O bildirib ki, 1920-ci ildəki inqilabdan sonrakı müsadirələr nəticəsində Bakının sözügedən dövrünə aid möhtəşəm və adi sıravi binalar, saray, malikanələr bir neçə ailənin arasında bölünəndə artıq binaların ilkin görkəminə və strukturuna ciddi ziyan vurulub:

“İndi isə belə binaların əksəriyyəti qəzalı vəziyyətdə olduğundan onların bərpası kifayət qədər çətin bir məsələyə çevrilib. Burada ayrı-ayrı evlər yox, ümumiyyətlə struktur da qorunmalıdır. Çünki Bakının o dövrdə salındığı şəhərsalma üslublarını əks etdirən şəhərsalma strukturudur. Bu da saxlanılmalıdır. Burada bəzi maraqlı küçələr var. Belə küçələrdə abidələrlə yanaşı abidə statusu daşımayan bəzi binalar da şəhərsalma strukturu saxlamaq məqsədilə qorunmalıdır və ya tarixi struktura uyğun olan binalarla əvəzlənməlidir”.

“Burada yerləşən abidələrinin qorunub saxlanılması ilə yanaşı həmin ərazidə gələcəkdə nə olması məsələsi də çox mühüm rol oynayır. Yeni layihədə binaların miqyas məsələsi, hündürmərtəbəli binaların olmaması, yerli ənənəvi üslubda tikilməsi kimi məsələlər nəzərə alınmalıdır”, – deyə S.Hacıyeva bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv