Ermənistan parlamentinin sədrinin şikayəti əsasında iki bloqer saxlanılıb

Ermənistan parlamentinin sədrinin şikayəti əsasında iki bloqer saxlanılıb






presstv

"Presstv"az #Audi, #Dollar, #Ermənistan, #İrəvan, #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ermənistan parlamentinin sədri Alen Simonyan məşhur podkast aparıcıları Narek Samsonyan və Vazgen Saqatelyanla bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.

presstvaz Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə spikerin mətbuat xidməti məlumat yayıb.

Simonyan tanınmış müxalif bloqerlərin aparıcılıq etdiyi “İmnemnimi” podkastında edilən təhqir və təhdidlərə hüquqi qiymət verilməsini istəyir.

Daha əvvəl Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan bloqerlərin verilişində qonaq qismində iştirak edib.

Bildirilir ki, veriliş yayımlandıqdan sonra Simonyan sosial şəbəkədə müsahibəyə sərt reaksiya verərək, aparıcıları onu təhqir etməyə sövq edib.

Samsonyan və Saqatelyan bu gün səhər İrəvanda saxlanılıb, hər iki şəxs xuliqanlıqda ittiham olunur.

“Datalex” məhkəmə portalının məlumatına görə, parlamentin rəhbəri müxalif bloqerlərdən açıq şəkildə üzr istəmələrini, mənəvi zərər və məhkəmə xərclərinə görə kompensasiya – ümumilikdə 6500 dollar tələb edir.

09:56

Ermənistanın tanınmış “İmnemnimi” podkastının müxalif aparıcıları Narek Samsonyan və Vazgen Saqatelyanın evlərində axtarış aparılıb və saxlanılıblar.

presstvaz Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə saxlanılan şəxslərin vəkili Ruben Melikyan sosial şəbəkə hesabında məlumat verib.

Vəkil deyib ki, onun özü də axtarış zamanı Samsonyanın evinə buraxılmayıb.

Melikyanın sözlərinə görə, tanınmış aparıcılar “yalan məlumat yaymaq”, “xuliqanlıq” kimi maddələrlə təqsirli bilinirlər.

Ermənistan İstintaq Komitəsindən yerli mətbuata bildirilib ki, tanınmış müxalifətçilərin evlərində təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Sosial şəbəkələrdə Samsonyanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmasının görüntülərini əks etdirən video yayılıb.

Saqatelyana gəlincə, onun özü sosial şəbəkədə yazıb ki, evinə maskalı hüquq-mühafizə orqanları əməkdaşları daxil olublar.

Xəbərdə bildirilir ki, ötən həftə Ermənistanın sabiq prezidenti Serj Sarqsyan Samsonyan və Saqatelyanın podkastının qonağı olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv