Şamaxıda yaşayış evində güclü yanğın: “Pullarımın hamısı yandı”

Şamaxıda yaşayış evində güclü yanğın: “Pullarımın hamısı yandı”






presstv

"Presstv"az #Audi, #Hadisə, #Şamaxı, #Yanğın hadisəsi, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Şamaxı şəhərində yanğın hadisəsi qeydə alınıb.

Hadisə Xınıslı yaşayış massivi, professor Mir Səlimov küçəsi, ev 5-də qeydə alınıb.

Evin ikinci mərtəbəsindən başlayan yanğın digər otaqlara keçib. Nəticədə, evin ikinci mərtəbəsi yanaraq külə dönüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası cəlb olunub.

Zərərçəkən Qasım Süleymanov bildirib ki, yanğın nəticəsində evdə olan bütün pulları yanıb.

“Birinci mərtəbədə mətbəxdə oturmuşdum. Böyük qardaşım bir az xəstədir, o çıxdı çölə dedi ki, ikinci mərtəbədə tüstü var. Baxıb gördüm ki, ikinci mərtəbədəki mətbəx yanır. Bütün əşyalarımız, hər şey yandı. Xaricdən təzə gəlmişdim, bütün pullarım hamısı orada idi. Yanğın zamanı hamısı yandı”.

Daha ətraflı Baku TV-nin videomaterialında:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv