Tramp İsrail prezidentini Netanyahunu əfv etməyə çağırıb

Tramp İsrail prezidentini Netanyahunu əfv etməyə çağırıb






presstv

"Presstv"az #ABŞ, #Audi, #Benyamin Netanyahu, #Cinayət işi, #Donald Tramp, #Hadisə, #Hakim, #İsrail

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp İsrail Prezidenti İsxak Hersoqa yazdığı məktubda ondan Baş nazir Benyamin Netanyahunun əfv edilməsi imkanına baxmasını xahiş edib.

presstvaz “Kan” agentliyinə istinadla xəbər verir ki, Hersoq Tramp tərəfindən imzalanmış məktubu noyabrın 12-də alıb.

Bildirilir ki, əgər Netanyahu məhkəmə qarşısına çıxarılarsa, bu, İsrail tarixində baş nazirin mühakimə olunduğu ilk hadisə olacaq.

Tramp bu ilin iyunda bəyan edib ki, ya Netanyahunun məhkəməsi ləğv edilməlidir, ya da o, “böyük qəhrəman” kimi əfv edilməlidir.

ABŞ lideri, eyni zamanda qeyd edib ki, onunla Netanyahu qədər ahəngdar işləyə biləcək başqa birisini tanımır.

Xatırladaq ki, 2016-cı ilin dekabrından etibarən İsraildə Benyamin Netanyahuya qarşı bir neçə cinayət işi açılıb. O, korrupsiyada, öz maraqlarına və hökumətin maraqlarına qanunsuz lobbiçilik etməkdə ittiham olunur. 2020-ci ilin mayında bu ittihamlarla bağlı məhkəmə prosesi başlayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv