Azərbaycanda üç rayonda icra başçısı vəzifəsi boşdur

Azərbaycanda üç rayonda icra başçısı vəzifəsi boşdur






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Çin, #Culfa rayonu, #Göyçay rayonu, #Hakim, #İlham Əliyev, #Naxçıvan Muxtar Respublikası, #Sərəncam, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Hazırda Azərbaycanda icra başçısı olmayan rayonların sayı 3-dür. Bunlar Gədəbəy, Naftalan və Naxçıvan Muxtar Respublikasının Culfa rayonlarıdır.

presstvaz “Unikal”a istinadla xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Göyçay rayonunda icra başçısı təyin edilib.

O.Mürsəlov 11 avqust 2022-ci ildə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.

Dövlət başçısının digər sərəncamı ilə Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Göygöl rayonunda icra başçısı təyin olunub. V.Novruzov 2019-cu ilin dekabr ayından Naftalanın icra başçısı idi.

Hazırda Mürsəlov və Novruzovun yerlərinə təyinat yoxdur.

2023-cü il avqustun 31-də Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev vəzifəsindən azad edilib. O, 2019-cu il aprel ayının 2-dən bu postda çalışırdı. İki ildən çoxdur Culfa rayonuna icra başçısı təyin edilməyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv