Azərbaycanın şahmat hakimi dünya üzrə ən mötəbər yarışları idarə edəcək

Azərbaycanın şahmat hakimi dünya üzrə ən mötəbər yarışları idarə edəcək






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan, #Azərbaycan Şahmat Federasiyası, #Beynəlxalq Şahmat Federasiyası (FIDE), #Ginnesin Rekordlar Kitabı, #Hakim, #Kitab, #Şahmat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2026-2027-ci illərdə dünya üzrə ən mötəbər şahmat yarışlarını idarə edəcək hakimlərin siyahısını açıqlayıb.

Azərbaycan Şahmat Federasiyasından (AŞF) presstvaz-a verilən məlumata görə, FIDE-nin açıqladığı ən yüksək kateqoriyalı hakimlər siyahısında dünyadan 24 ədalət təmsilçisi yer alıb.

Bu hakimlərdən 13-ü Avropa ölkələrini təmsil edir. Ən yüksək kateqoriyalı hakimlərin sıralamasında Azərbaycan da var. Ən mötəbər şahmat yarışlarını idarə edəcək hakimlərin siyahısında ölkəmizdən İlahə Qədimovanın adı qeyd olunub.

Tanınmış şahmatçı İ.Qədimova yeniyetmələr arasında dünya birinciliyinin ikiqat qalibi, 20 yaşlı şahmatçılar arasında Avropa çempionatının qızıl medalçısıdır. AŞF-nin baş katibi olan İlahə Qədimova cari ildə də bir sıra mötəbər yarışlarda işləyərək hakim fəaliyyətini davam etdirib. FIDE tərəfindən xüsusi kateqoriyada onun adının qeyd olunması Azərbaycan şahmat hakimliyinə verilən yüksək qiymət və etimad sayılır.

Qeyd edək ki, dünya şahmatının ən tanınmış hakimlərindən biri Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovdur. 60 ildən çox yarışlarda ədalət təmsilçisi olan F.Həsənovun adı bu göstərici ilə ən uzunmüddətli şahmat hakimi kimi “Ginnesin Rekordlar Kitabı”na daxil edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv