Fransa Almaniya ordusunun yenidən silahlanmasından narahatdır

Fransa Almaniya ordusunun yenidən silahlanmasından narahatdır






presstv

"Presstv"az #Almaniya, #Audi, #Avropa, #Fransa, #İspaniya, #İspaniyanın

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fransa siyasətçiləri Almaniya ordusunun yenidən silahlanmasından narahatdırlar.

presstvaz xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Yazıda bildirilib ki, Fransa Avropada hərbi-sənaye lideri kimi aparıcı rolunu itirmək riski ilə üzləşib.

Məlumata görə, Almaniya 2029-cu ilə qədər müdafiə xərclərini 153 milyard avroya çatdırmağı hədəfləyir. Fransanın isə təxminən eyni vaxtda müdafiə xərclərinin 80 milyard avroya çatacağı proqnozlaşdırılır.

Bildirilir ki, Almaniyanın dövlət borcu əhəmiyyətli dərəcədə aşağı səviyyədə olduğundan büdcə xərclərini maliyyələşdirmək üçün böyük imkanlara malikdir.

“Fransa siyasətçilərinin əhval-ruhiyyəsi hazırda ehtiyatlılıq və təhlükə hissi ilə paraleldir. Almaniya ilə işləmək çətin olacaq, çünki onlar dominant mövqedən çıxış edəcəklər”, – deyə Fransa Müdafiə Nazirliyinin adını açıqlamayan rəsmisi nəşrə bildirib.

Nəşr iki ölkə arasında münasibətlərdə gərginliyin yaranmasının səbəblərindən biri kimi Fransa, Almaniya və İspaniyanın birgə hazırlamağı planlaşdırdığı FCAS (Future Combat Air System) altıncı nəsil qırıcı layihəsini də qeyd edib.

Fransız və alman nümayəndələr arasında yaranan fikir ayrılığı səbəbindən layihənin baş tutmamasının mümkünlüyü də vurğulanır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv