Azyaşlının ölümünə səbəb olan keçmiş vəzifəli şəxslə bağlı QƏRAR AÇIQLANDI

Azyaşlının ölümünə səbəb olan keçmiş vəzifəli şəxslə bağlı QƏRAR AÇIQLANDI






presstv

"Presstv"az #Ali Məhkəmə, #Audi, #Avto, #Bakı, #Bakı Apellyasiya Məhkəməsi, #Hadisə, #Hakim, #Nəqliyyat, #Vəzifə, #Xətai rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ali Məhkəmədə avtomobillə ana və oğlunu vurmaqda təqsirləndirilən Xızı Rayon Polis Şöbəsinin (RPŞ) Cinayət axtarış bölməsinin sabiq baş əməliyyat müvəkkili, polis kapitanı Telman Kərimovun barəsindəki qərardan yenidən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

presstvaz Pravda.az-a istinadən xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb.

Xatırladaq ki, hadisə ötən il iyulun 7-də saat 17 radələrində Xətai rayonu ərazisində, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, Xızı RPŞ-nin Cinayət axtarış bölməsinin sabiq baş əməliyyat müvəkkili, polis kapitanı Telman Kərimov idarə etdiyi “Ford Mustang” markalı avtomobili ilə 1990-cı il təvəllüdlü Qənirə Rasim qızı Əhmədovanı və onun 6 yaşlı övladı Murad Abbas oğlu Əhmədovu vurub. Nəticədə uşaq ölüb.

Telman Kərimovun barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xətai Rayon Məhkəməsinin hökmü ilə polis zabitinə 2 il 6 ay müddətinə sürücülük hüququndan məhrum edilməklə 5 il 2 ay müddətinə həbs cəzası verilib. O, məhkəmə zalındaca həbs olunub. 28 yaşlı Telman Kərimovun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilib. Bakı Apellyasiya Məhkəməsi Telman Kərimovun şikayətini təmin etməyib. Ali Məhkəmənin qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib və təmin olunmayıb.

Qeyd edək ki, Telman Kərimov daha əvvəl Beyləqan RPŞ-də müstəntiq vəzifəsində də çalışıb. Onun qəza törətdiyi “Ford Mustang” markalı avtomobil idman avtomobilidir. Telman Kərimov hadisədən sonra polis orqanlarından kənarlaşdırılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv