COP30-da qarşıdurma: Xəsarət alanlar var

COP30-da qarşıdurma: Xəsarət alanlar var






presstv

"Presstv"az #Audi, #Braziliya, #Hadisə, #Meşə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Braziliyanın Belem şəhərində keçirilən BMT-nin COP30 iqlim sammitində ənənəvi yerli geyimdə olan bir qrup insanın konfrans zalına hücum etməsi ilə etirazçılarla təhlükəsizlik işçiləri arasında toqquşma baş verib.

presstvaz xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Məlumata görə, onlarla insan sammitin “Mavi Zona”sına basqın edib, bundan sonra təhlükəsizlik işçiləri onları dayandırmağa çalışıblar.

Etirazçılardan birinin əlində “Meşələrimiz satılmır” yazılmış pankart daşıdığı bildirilir.

BMT-nin məlumatına görə, qarşıdurma nəticəsində iki mühafizəçi yüngül xəsarət alıb. Hadisədən sonra təhlükəsizlik tədbirləri görülüb və sammit adi qaydada işinə davam edib.

Nəşr qeyd edib ki, Braziliyada keçirilən sammitin təşkilatçıları iqlim konfransı fonunda küçə nümayişlərini fəal şəkildə təşviq edirlər.

Xatırladaq ki, noyabrın 10-da BMT-nin COP30 iqlim sammiti öz işinə başlayıb. Tədbirdə iştirakçıların sayının 45 min nəfərə çatacağı gözlənilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv