KİV: Böyük Britaniya ABŞ ilə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırdı

KİV: Böyük Britaniya ABŞ ilə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırdı






presstv

"Presstv"az #ABŞ, #Audi, #Böyük Britaniy, #Böyük Britaniya, #Donald Tramp, #Gəmi, #London, #Venesuela

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Böyük Britaniya hökuməti Karib dənizindəki şübhəli gəmilər barədə kəşfiyyat məlumatlarının ABŞ-yə ötürülməsini dayandırıb.

presstvaz xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, London Venesuela sahillərində ABŞ hərbçilərinin fəaliyyətinə şərik olmaq istəmir və bu gəmilərə edilən hücumları qanunsuz hesab edir.

Məumata görə, Karib dənizində beş dənizaşırı əraziyə nəzarət edən Britaniya regiondakı kəşfiyyat bölməsi vasitəsilə illərlə ABŞ-yə narkotik daşıdığı ehtimal edilən gəmiləri aşkarlamaqda kömək edib. Bu məlumatlardan istifadə edərək, ABŞ Sahil Mühafizəsi şübhəli gəmiləri saxlaya, yoxlaya, narkotikləri müsadirə edə və ekipajı həbs edə bilirdi.

Xatırladaq ki, sentyabrdan bəri Prezident Donald Trampın əmri ilə ABŞ Venesuela sahillərində narkotik kartelləri ilə əlaqəli olan gəmilərə zərbələr endirir. Böyük Britaniya hökuməti 70-dən çox insanın öldürüldüyü hücumlar üçün onların kəşfiyyat məlumatlarından istifadə edilə biləcəyindən narahatlığını bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv