Quşlar niyə ancaq səhərlər oxuyur? – Alimlər araşdırdı

Quşlar niyə ancaq səhərlər oxuyur? – Alimlər araşdırdı






presstv

"Presstv"az #Araşdırma, #Günəş

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Səhərlər dünyanın hər yerində quşların nəğmələri eşidilir. Lakin bu nəğmələrin niyə bu qədər intensiv olduğu uzun müddətdir ki, sirr olaraq qalırdı.

presstvaz xəbər verir ki, alimlərin apardığı araşdırma, xüsusilə zebra ispinozları (Taeniopygia guttata) üzərində aparılan təcrübələr bu davranışın arxasındakı bioloji motivasiyanı izah etməyə bir qədər kömək olub.

Tədqiqatda qeyd olunur ki, sübh nəğmələri quşlarda günəşin çıxmasını gözləməklə əlaqəli ola bilər.

Tədqiqatçılar laboratoriya şəraitində zebra ispinozlarını müxtəlif işıq rejimlərində müşahidə ediblər. Aydın şəraitdə erkək quşlar yüzlərlə nəğmə oxuyarkən, qaranlıqda heç bir səs çıxarmayıblar. Bu müşahidə, gündüz-gecə dövrlərinin nəğmə davranışına necə təsir etdiyini anlamağa dair yeni ipucları verib.

Tədqiqat göstərib ki, quşlar qaranlıqda da oyanırlar, lakin nəğmə oxumurlar. Alimlər bunun melatonin hormonu ilə əlaqəli bioloji mexanizmlərlə tənzimləndiyini düşünürlər.

Quşların səhər çıxardığı səslərin bir növ “vokal məşq” funksiyasını daşıdığını bildirir. Bu intensiv səhər nəğmələrinin quşlara gecə boyu səssiz qaldıqdan sonra səs tellərini isindirməyə, gün ərzindəki performanslarını artırmağa kömək etdiyi düşünülür.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv