Polşa prezidenti onunla görüşmək istəməyən xüsusi xidmət orqanlarının rəhbərlərindən üzrxahlıq tələb edib

Polşa prezidenti onunla görüşmək istəməyən xüsusi xidmət orqanlarının rəhbərlərindən üzrxahlıq tələb edib






presstv

"Presstv"az #Audi, #Donald Tusk, #Müharibə, #Polşa

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Polşa Prezidenti Karol Navrotski bildirib ki, ordu, hərbi əks-kəşfiyyat və Daxili Təhlükəsizlik Agentliyinin zabitlərinin rütbələrinin artırılması ilə bağlı ənənəvi mərasimdən əvvəl onunla görüşə gəlməyən Polşa xüsusi xidmət orqanlarının rəhbərlərindən üzrxahlıq gözləyir.

presstvaz xəbər verir ki, Navrotski bunu “TV Republika” telekanalına verdiyi müsahibəsində söyləyib.

“Mən xüsusi xidmət orqanlarının rəhbərlərinin üzr istəmələrini və rütbə artırılması məsələləri ilə bağlı onlarla danışmaq üçün mənimlə görüşmələrini gözləyirəm”, – deyə o bildirib.

Qeyd edək ki, 1989-cu ildən bəri ilk dəfə Polşa xüsusi xidmət orqanlarının rəhbərləri ölkə prezidenti ilə görüşməkdən imtina ediblər.

Navrotski isə bəzi zabitlərə daha yüksək rütbələrin verilməsi haqqında fərmanı imzalamaqdan imtina edib.

Polşanın Baş naziri Donald Tusk noyabrın 7-də bu qərarı tənqid edərək bunu Navrotskinin “Polşa hökuməti ilə müharibəsində növbəti addım” adlandırıb. Cavabında Navrotski baş naziri “xüsusi xidmət orqanlarından siyasi məqsədlər üçün istifadədə” ittiham edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv