Gürcüstandan 31 nəfər çıxarılıb: Aralarında Azərbaycan vətəndaşları da var

Gürcüstandan 31 nəfər çıxarılıb: Aralarında Azərbaycan vətəndaşları da var






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Çin, #Deportasiya, #Gürcüstan, #Hindistan, #İsrail, #Kuba, #Misir, #Niger, #Nigeriya, #Pakistan, #Rusiya, #Tailand, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları 31 xarici vətəndaşı ölkədən çıxarıblar.

presstvaz xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

Məlumata görə, son günlərdə həyata keçirilən kompleks tədbirlər proqramı nəticəsində Hindistan, Türkiyə, Kuba, Misir, Çin, Pakistan, Rusiya, Konqo, Azərbaycan, Türkmənistan, Nigeriya, Tailand, Küveyt, İsrail və Qana vətəndaşları – ümumilikdə 31 nəfər – ölkədən çıxarılıblar.

Bildirilib ki, mövcud qanunvericiliyə uyğun olaraq, çıxarılan şəxslərin ölkəyə girişi qadağan edilib.

Qeyd edək ki, bu il Gürcüstan Miqrasiya Departamentinin əməkdaşları artıq 1000-dən çox xarici vətəndaşı ölkədən çıxarıblar ki, bu da indiyədək rekord yüksək rəqəmdir və son üç ildəki ümumi deportasiyaların sayından xeyli çoxdur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv