Deputatdan gəlir vergisi ilə bağlı təklif

Deputatdan gəlir vergisi ilə bağlı təklif






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #İqtisadi siyasət, #Milli Məclis, #Minimum əməkhaqqı, #sənaye və sahibkarlıq komitəsi, #Vergi Məcəlləsi, #Vüqar Bayramov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında təqdim etdiyim təkliflərdən biri də minimum əməkhaqqının gəlir vergisindən azad edilməsi ilə bağlı idi. Vergi Məcəlləsinə təklif edilən yeni dəyişikliklərə əsasən, yeni ildən özəl sektorda 2 500 manatadək əməkhaqqı 3% gəlir vergisinə cəlb ediləcək”.

presstvaz xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

“Dövlət və neft-qaz sektorunda olduğu kimi, özəl sektorda da vergidən azad olunan məbləğ 200 manat nəzərdə tutulub.

Əksər dövlətlərdə minimum əməkhaqqının gəlir vergisindən azad olunduğunu nəzərə alaraq, oxşar praktikanın Azərbaycanda da tətbiqi məqsədəuyğundur. Həm dövlət, həm də özəl sektorda minimum əməkhaqqı alan vətəndaşlarımızın maaşlarının vergidən azad olunması sosial təminat baxımından da arzuolunandır. Bu zaman hər iki sektorda vergidən azad olunan məbləğ 400 manat müəyyənləşə bilər. Həmin vətəndaşlarımızın maaşları yüksək olmadığı üçün əməkhaqqılarının vergiyə cəlb olunması arzuolunan deyil. Bu baxımdan, həm dövlət, həm də özəl sektorda minimum əməkhaqqı alan vətəndaşlarımızın maaşlarının vergidən azad olunmasını təklif edirik”.

Deputat bildirib ki, həm dövlət, həm də özəl sektorda vergidən azad olunan məbləğin minimum əməkhaqqı ilə əlaqələndirilməsi nisbətən az maaş alan vətəndaşlarımızın da gəlirlərini artıra bilər:

“Belə ki, bu halda gəlir vergisi hesablanan zaman vergidən azad olunan məbləğ 200 manat deyil, 400 manat ola bilər ki, bu da birbaşa maaşların artımına gətirib çıxarar. Bu o deməkdir ki, bu halda 2 500 manatadək əməkhaqqı alan vətəndaşlarımızın maaşlarında artım qeydə alına bilər”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv