Aqil Abbas: “Tamaşaçıların tanımadığı Rəmişi göstərmək istəmişəm”

Aqil Abbas: “Tamaşaçıların tanımadığı Rəmişi göstərmək istəmişəm”






presstv

"Presstv"az #Aqil Abbas, #Audi, #Kitab, #Milli Məclis, #Rəcəb Tayyib Ərdoğan, #Türkiyə, #Yazıçı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“May ayından “Rəmiş” povesti yazmağa başlamışdım, bu günlərdə bitirdim. Artıq çap da olunub. Rəmişi necə tanıyıramsa, elə yazmışam. O necədir, kimdir, nəçidir? Çalışmışam ki, tamaşaçıların tanımadığı Rəmişi göstərim. Bu dəqiqə kino çəkdirmək çox çətin məsələdir. Bir kino ssenarisi vermişəm, 3 ildir ortalıqda qalıb. Amma kitab halında yanvar ayında bu povesti çap etdirəcəyəm. Rəmiş sağlığında şöhrətini qazanmış bir sənətkardır”.

presstvaz xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Milli Məclisinin deputatı Aqil Abbas deyib.

O daha sonra bildirib ki, yazıçının əsas məqsədi oxucunu inandırmaqdır:

“Qələbəmizə inanırdım və ona görə də “Dolu” filminin ssenarisini ərsəyə gətirdim. Bunu yazmağa 10-15 il vaxt sərf etmişdim. Birbaşa yazmamışdım. Xalqımızı qələbəyə inandırmaq üçün bu romanı yazdım və Elxan Cəfərov da gözəl bir film çəkdi. Camaat qəbul etdi. “Dolu” filmində necə ki Qarabağa, Ağdama getmişdik, həmin yolla yenə getdik. Mən inanırdım və camaatı da inandırmışdım ki, biz bu yolla Ağdama gedəcəyik. Elə də oldu. İnamımdan yazmışdım”.

Aqil Abbas Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə budəfəki gəlişində səsləndirdiyi Məmməd Arazın şeirindən də danışıb:

“R.T.Ərdoğan Zəfərin 5-ci ildönümü ilə bağlı keçirilən hərbi paradda Məmməd Arazın “Vətən desin” şeirini səsləndirdi. Əlbəttə ki, çox gözəl hissdir. Məmməd Arazın şeirləri ölkədə təbliğ olunur, sözlərinə mahnılar bəstələnir. Kitabları çap olunur. Onun şeirlərinə oxucular arasında böyük həvəs var”, – deyə Aqil Abbas bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv