Şotlandiyada bir mağaza il ərzində 100 dəfədən çox qarət olunub

Şotlandiyada bir mağaza il ərzində 100 dəfədən çox qarət olunub






presstv

"Presstv"az #Audi, #Dollar, #Hadisə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Şotlandiyada bir mağaza açıldığı vaxtdan bəri 100 dəfədən çox qarət olunub.

presstvaz “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, bunu Qlazqo şəhərində qarətlərə məruz qalan “News Plus” mağazasının sahibi Məhəmməd Şeyx deyib.

Onun sözlərinə görə, mağaza açıldığı ötən ilin noyabrından bəri demək olar ki, hər gün oğruların hücumlarına məruz qalır:

“Qarətçilər əşyaları oğurlamaqla yanaşı, mağaza əməkdaşlarına da hücum edirlər. Bunların hamısı videomüşahidə kameralarında qeydə alınıb”.

Məhəmməd Şeyx bildirib ki, mağaza açıldığı gündən bəri qarətlər səbəbindən təqribən 25 min dollar itirib.

O, bir ilə yaxın müddət ərzində heç kəsin oğurluq hadisələrinə görə məsuliyyətə cəlb olunmamasından da şikayətlənib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv