Bakıdakı COP strateji başlanğıc nöqtəsi, COP30 isə praktik davam mərhələsidir – RƏY

Bakıdakı COP strateji başlanğıc nöqtəsi, COP30 isə praktik davam mərhələsidir – RƏY






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Braziliya, #COP29, #Dollar, #Hadisə, #İqlim dəyişikliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 29-cu Tərəflər Konfransı (COP29) qərarların qəbul olunduğu yer, hazırda Braziliyanın Belem şəhərində baş tutan COP30 isə bu qərarların gerçəkləşdiyi məkandır.

presstvaz xəbər verir ki, bu sözləri “Report”a açıqlamasında COP29 Təşkilat Komitəsinin üzvü, “Qadın, İnkişaf, Gələcək” İctimai Birliyinin sədri Gülşən Axundova deyib.

Onun sözlərinə görə, Bakıda COP29-un keçirilməsi ilə bağlı qərar qəbul olunarkən bir çox beynəlxalq müşahidəçilər və ekspertlər bu hadisəni keçici mərhələ kimi qiymətləndiriblər:

“Onların fikrincə, COP29 daha çox COP30-un hazırlıq mərhələsi rolunu oynayacaq və əsas qərarlar məhz Braziliyada qəbul ediləcəkdi. Lakin bu proqnozlar özünü doğrultmadı. Əksinə, COP29 zamanı qəbul olunan qərarlar, xüsusilə də Zərər və İtki Fondunun (Loss and Damage Fund) faktiki əməliyyat mərhələsinə keçməsi və maliyyə strukturlarının formalaşdırılması, qlobal iqlim diplomatiyasında dönüş nöqtəsi hesab oluna bilər”.

Ekspert qeyd edib ki, Bakıda keçirilən COP29 inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında etimadın bərpası baxımından mühüm siyasi platforma olub:

“Azərbaycan bu konfransda həm ev sahibi, həm də vasitəçi kimi çıxış edərək, Şimal-Cənub, eləcə də Qərb-Şərq istiqamətində yeni iqlim diplomatiyası körpüləri qurdu. COP29-un əsas nəticələrindən biri – Zərər və İtki Fondunun fəaliyyətə başlaması idi. Bu fond uzun illərdir müzakirə olunan, lakin konkret mexanizmləri formalaşdırılmamış bir məsələ idi. Bakı konfransında bu fondun idarəetmə strukturu, donor ölkələrin ilkin öhdəlikləri və zərərçəkən ölkələrin maliyyə yardımlarına çıxış mexanizmləri təsdiqləndi. COP29-da iqlim maliyyəsinin yeni mərhələsi kimi “post-2025 maliyyə hədəfləri” müzakirəyə çıxarıldı. Bu, 100 milyard dollar hədəfinin artıq köhnəldiyini və qlobal miqyasda daha geniş, sistemli maliyyə çərçivəsinə ehtiyac olduğunu göstərdi. Azərbaycan burada balanslı mövqe nümayiş etdirərək, həm inkişaf etmiş ölkələrin məsuliyyətini, həm də inkişaf etməkdə olan ölkələrin iqlim öhdəliklərinə qoşulmasının vacibliyini vurğuladı”.

O vurğulayıb ki, Bakı diplomatik və institusional əsasların qoyulduğu bir mərhələ idisə, Belem konfransı bu qərarların reallaşdığı, yəni konkret nəticələrin ölçüldüyü mərhələ olacaq:

“COP30-da əsas diqqət maliyyə axınlarının şəffaflığına, fondların regionlar üzrə paylanmasına və ədalətli keçid prinsiplərinin həyata keçirilməsinə yönələcək. Müqayisəli yanaşma ilə desək, COP29 strateji başlanğıc nöqtəsi, COP30 isə praktik davam mərhələsidir. Bakı konfransının nəticələri olmasaydı, Belemdə konkret addımlar atmaq mümkün olmazdı. Azərbaycan COP29 vasitəsilə həm beynəlxalq imicini gücləndirdi, həm də qlobal iqlim proseslərinə yeni dinamika gətirdi. COP29 keçib gedici olmadı, əksinə, qlobal iqlim maliyyəsinin siyasi legitimliyini təmin edən dönüş nöqtəsi kimi tarixə düşdü”.

Komitə üzvü Bakının qərarların qəbul olunduğu yer, Belemi isə onların gerçəkləşdiyi məkan kimi qiymətləndirib:

“Bu iki konfrans bir-birini tamamlayır və qlobal iqlim prosesində “Bakı-Belem xətti” artıq iqlim diplomatiyasında yeni mərhələnin simvoluna çevrilməkdədir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv