Azərbaycan doqquz ayda 115 ölkəyə mal ixrac edib

Azərbaycan doqquz ayda 115 ölkəyə mal ixrac edib






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Almaniya, #Audi, #Avstraliya, #Azərbaycan, #Belarus, #Bolqarıstan, #Böyük Britaniy, #Böyük Britaniya, #Çin, #Dollar, #Dövlət Statistika Komitəsi, #Gürcüstan, #İran, #İtaliya, #Özbəkistan, #Qazax, #Qazaxıstan, #Rusiya, #Türkiyə, #Ukrayna, #Yunanıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 173 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçiriblər. Bu dövrdə 115 ölkəyə mal ixrac edilib, 168 ölkədən isə idxal olunub.

presstvaz Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkənin xarici ticarət dövriyyəsi 35 milyard 402.7 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 18 milyard 633.7 milyon ABŞ dolları və ya 52.6%-i ixracın, 16 milyard 769 milyon ABŞ dolları (47.4%) isə idxalın payına düşüb. Nəticədə xarici ticarət balansı 1 milyard 864.7 milyon ABŞ dolları həcmində müsbət saldo ilə yekunlaşıb. 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3.6% artıb, real ifadədə isə 8.1% azalıb. Real ifadədə idxal 8.3%, ixrac isə 7.9% azalıb.

Ölkənin xarici ticarət dövriyyəsinin 25.2%-i İtaliyanın, 12.3%-i Türkiyənin, 10.3%-i Rusiyanın, 9.6%-i Çinin, 3.1%-i Almaniyanın, 2.9%-i ABŞ-ın, 2.7%-i Böyük Britaniyanın, 2.1%-i Çexiyanın, 1.9%-i Yunanıstanın, 1.8%-i Gürcüstanın, 1.7%-i Bolqarıstanın, 1.6%-i Qazaxıstanın, 1.5%-i Xorvatiyanın, 1.4%-i Rumıniya və İsveçrənin, 1.3%-i İranın, 1.1%-i Portuqaliya, Ukrayna və Avstraliyanın, 0.9%-i isə Özbəkistan və Belarusun payına düşüb. Ticarət əməliyyatlarının 14.1%-i digər ölkələrlə aparılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv