Alimlər Altsheymer xəstələrinin yaxınlarını unutmalarının səbəbini tapıblar

Alimlər Altsheymer xəstələrinin yaxınlarını unutmalarının səbəbini tapıblar






presstv

"Presstv"az #Altsheymer xəstəliyi, #Araşdırma, #Audi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Virciniya Universitetinin Tibb Məktəbinin alimləri Altsheymer xəstəliyindən əziyyət çəkən insanların niyə yaxınlarını tanımaq qabiliyyətini itirdiklərinə dair mümkün izah tapıblar.

presstvaz xəbər verir ki, müvafiq araşdırma “Alzheimer”s & Dementia” jurnalında dərc olunub.

Tədqiqatçıların fikrincə, bu halın səbəbi sosial xatirələrin yadda saxlanmasına cavabdeh olan beyin strukturlarının – qoruyucu neyron şəbəkələrinin dağılmasıdır.

Bu strukturlar hippokampın CA2 neyronlarını əhatə edən perineyronal şəbəkələrdir. Onlar hüceyrələrarası matrisdən ibarətdir və neyronlar arasında sabit əlaqə saxlayaraq, tanış insanları xatırlamaq və yeni sosial xatirələr formalaşdırmaq qabiliyyətini təmin edir.

Alimlər siçanlar üzərində apardıqları təcrübələrdə göstəriblər ki, bu şəbəkələr zədələndikdə heyvanlar tanış fərdləri bir-birindən ayırd edə bilmirlər, baxmayaraq ki, obyektləri yadda saxlama qabiliyyətləri qorunur. Daha sonra komanda bu strukturları dağıdılmadan qoruyan preparatları sınaqdan keçirib – nəticədə, müalicə olunan siçanlar sosial yaddaşlarını saxlayıblar.

Qeyd edilir ki, bu kəşf Altsheymer xəstəliyinin profilaktikası və müalicəsi üçün yeni imkanlar açır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv