Murov yüksəkliyi uğrunda döyüşən qazi: “Əmr gəldi ki, hazırlaşın, gedirik!”

Murov yüksəkliyi uğrunda döyüşən qazi: “Əmr gəldi ki, hazırlaşın, gedirik!”






presstv

"Presstv"az #Audi, #Hadisə, #Müharibə, #Polad Həşimov, #Vətən müharibəsi, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Vətən müharibəsi zamanı Murov yüksəkliyi uğrunda gedən döyüşlərdə iştirak etmiş qazi Elşən Şirinli həmin dövrdə baş verən hadisələri Baku TV-yə danışıb.

Qazi könüllü olaraq orduya qatılmaq qərarını Aprel döyüşlərindən sonra verdiyini qeyd edib:

“Aprel döyüşləri baş verən zaman artıq mən də düşündüm ki, vətən oğlu kimi döyüşlərə qatılmalıyam. Düzdür, həmin vaxt bizi qəbul etmədilər, könüllü olaraq getmişdik. Bizə bildirildi ki, hələ ki ehtiyac yoxdur, istəyirsinizsə, könüllü olaraq orduya xidmətə yazıla bilərsiniz. Elə yazıldıq, mən də kəşfiyyatçı ixtisasını seçdim”.

Elşən Şirinli Tovuz istiqamətindəki döyüşlərdən sonra müharibənin qaçılmaz olduğunu anladığını vurğulayıb:

“Tovuzda baş verən döyüşlərdən sonra generalımız cənab Polad Həşimov və digər hərbçi yoldaşlarımız şəhid olanda artıq müharibənin qaçılmaz olduğunu bilirdik. Dağlarda təlimlərdə olan zaman komanda gəldi ki, artıq hazırlaşın, gedirik. O an hamının içində sevinc hissi yarandı. Hətta biz müharibənin başlanması əmrini bir-birimizlə qucaqlaşaraq qeyd etdik”.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv