Hamının zərərsiz bildiyi bu hərəkət korluğa səbəb ola bilər – Açıqlama

Hamının zərərsiz bildiyi bu hərəkət korluğa səbəb ola bilər – Açıqlama






presstv

"Presstv"az #Allergiya, #Həkim, #oftalmoloq, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gözləri tez-tez ovmaq sadə vərdiş kimi görünsə də, ciddi fəsadlara yol aça bilər.

presstvaz xəbər verir ki, bunu rusiyalı oftalmoloq Ksenia Qorbaçeva bildirib.

Gözləri ovmaq əvəzinə süni göz yaşı damcıları, fizioloji məhlul ilə yuma, allergiya zamanı isə sərin kompreslər tətbiq etmək daha təhlükəsizdir.

"Bu vərdiş buynuz qişanın (korneanın) səthində zədələr, iltihab və görmənin pisləşməsi ilə nəticələnə bilər.

Mütəxəssisin sözlərinə görə, mütəmadi mexaniki təsir nöqtəvi keratopatiya (epitelin zədələnməsi) və eroziyalar yarada, nəticədə bulanıq görmə, narahatlıq, qızartı və "gözə qum dolmuş" kimi hisslər əmələ gətirə bilər. Bu cür dəyişikliklər müalicə və müşahidə tələb edir.

"Əllərdə çoxlu mikroorqanizm olur. Ona görə də əllərin gözlə tez-tez təması infeksion xəstəliklərə, məsələn, konyunktivit və blefaritə səbəb ola bilər. Xüsusilə kontakt linza istifadəçiləri diqqətli olmalıdırlar, çünki infeksiya linzanın altına düşərək keratitə yol aça bilər.

Allergiyası olanlarda qaşınma səbəbindən gözləri ovmaq daha çox müşahidə olunur. Lakin bu zaman histamin ifrazı artır, qaşınma güclənir və "zədələyici dairə" yaranır. Bundan əlavə, gözləri ovmaq göz yaşı mayesində iltihabi göstəriciləri yüksəldir ki, bu da vəziyyəti daha da ağırlaşdırır.

Daimi və güclü ovma buynuz qişanın nazilməsinə, nəticədə keratokonus (korneanın konusvari formasını alması) xəstəliyinə gətirib çıxara bilər. Bu, xüsusilə lazer korreksiyası və ya digər əməliyyatlar keçirmiş insanlarda risklidir. Keratokonus görmənin korreksiya olunmasını çətinləşdirir və həmişə eynək və ya linza ilə düzəlmir".

Qorbaçeva əlavə edib ki, uzunmüddətli və güclü göz ovma vərdişi həmçinin göz daxili təzyiqi artıraraq qlaukomanın inkişafına və ya mövcud xəstəliyin sürətlənməsinə səbəb ola bilər.

Gözlərdə qum və ya yad cisim hissi, sulanma, işıqdan qorxma, kəskin ağrı və görmənin pisləşməsi müşahidə olunarsa, mütləq həkimə müraciət etmək lazımdır.

 

Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv