Bayrağımız Nyu Yorkun məşhur parkında dalğalanır – FOTO

Bayrağımız Nyu Yorkun məşhur parkında dalğalanır – FOTO






presstv

"Presstv"az #44 günlük Vətən müharibəsi, #ABŞ, #Azərbaycan, #Azərbaycan Ordusu, #İlham Əliyev, #Müharibə, #Vətən müharibəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin Nyu York şəhərində 8 Noyabr – Zəfər Günü, Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Qələbənin 5-ci ildönümü və 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə ölkəmizin Dövlət Bayrağı qaldırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, üçrəngli bayrağımız Nyu York şəhərinin simvolu və maliyyə mərkəzi sayılan, turistlərin ən çox ziyarət etdiyi küçələrdən olan "Wall Street"dəki "Bowling Green" parkında ucaldılıb. Bu məkan Nyu York şəhərinin ilk rəsmi parkı və nəhəng bayraq meydanı kimi tanınır.

Azərbaycan-Nyu York Assosiasiyasının təşkilatçılığı ilə baş tutan mərasimdə çıxışlarda 8 Noyabr – Zəfər Gününün tarixi və mənəvi əhəmiyyətindən bəhs olunub, Azərbaycan xalqının 30 ilə yaxın həsrətlə gözlədiyi qələbənin qürurunu və sevincini yaşadığı vurğulanıb. 44 günlük Vətən müharibəsi dövründə xalqımız bir amal uğrunda yumruq kimi birləşdiyi qeyd olunub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun, qəhrəman şəhid və qazilərimizin tarix yazdıqları, onların Vətən uğrunda göstərdikləri fədakarlığın xalqımızın yaddaşında əbədi yaşayacağı diqqətə çatdırılıb.

Daha sonra Dövlət Himnimizin sədaları altında bayrağımız havaya qaldırılıb.

Mərasimi yerli əhali və turistlər də maraqla qarşılayıb, bayrağımızın fonunda şəkil çəkdiriblər. Soydaşlarımız onlara ölkəmiz haqqında məlumatlar veriblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı 10 gün "Bowling Green"də dalğalanacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv