Mayk Tayson Ceyk Poldan revanş tələb edir

Mayk Tayson Ceyk Poldan revanş tələb edir






presstv

"Presstv"az #Audi, #Boks, #Hadisə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Əfsanəvi boksçu Mayk Tayson ötən il məğlub olduğu Ceyk Pola qarşı revanşa hazır olduğunu bildirib.

presstvaz xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tayson özü açıqlama verib:

“Son döyüşümdən sonra çox şey öyrəndim. Həddindən artıq çox çalışmışdım, məşqlərdə özümü çox yormuşdum. Çox gərgin idim, hər şeydə ifrata varmışdım. İndi isə başa düşürəm ki, daha sakit və rahat olmalıyam”.

“Düşünürəm ki, çox intensiv məşq etmişdim və döyüş gücümün böyük hissəsini zalda qoymuşdum. Ümid edirəm ki, revanşı reallaşdıra bilərik. O, son döyüşdə yaxşı çıxış etdi, amma mən bir daha sınamaq istəyirəm”, – deyə Tayson bildirib.

Qeyd edək ki, boksçular arasında noyabrın 16-da keçirilən qarşılaşma məşhur yutuberin xal hesablı qələbəsi ilə yekunlaşıb. Görüş bu günə qədər ən çox izlənilən idman hadisəsi olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv