Pakistanın baş naziri Zəfər Günü münasibətilə paylaşım etdi

Pakistanın baş naziri Zəfər Günü münasibətilə paylaşım etdi






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #DNT, #İlham Əliyev, #Məhəmməd Şahbaz Şərif, #Müharibə, #Pakistan, #Rəcəb Tayyib Ərdoğan, #Təbrik, #Türkiyə, #Vətən müharibəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi və xalqı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.

presstvaz xəbər verir ki, bununla bağlı Məhəmməd Şahbaz Şərif özünün “X” hesabında paylaşım edib.

“Azərbaycan Prezidentinə və xalqına tarixi Vətən Müharibəsində qazandıqları qələbənin 5-ci ildönümü münasibətilə səmimi təbriklərimi çatdırıram.

Bakının möhtəşəm Zəfər Paradını, Azərbaycanın cəsarətini və birliyini nümayiş etdirən bu mərasimi izləmək mənim üçün şərəf oldu”, – Pakistanın baş naziri yazıb.

O, Pakistan Ordusunun kontingentinin Azərbaycan və Türkiyə qüvvələri ilə birlikdə addımlamasını görməkdən qürur duyduğunu ifadə edib.

“Zəfər Paradından sonra əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğanla görüşməkdən məmnunam. Tarixi, dərin köklərə malik olan qardaşlıq əlaqələrimizin genişləndirilməsi barədə çox səmərəli müzakirə apardıq”, – baş nazir qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv