Ərdoğan: “Axan hər damla qan ortaq tariximizə qızıl hərflərlə yazılmışdır”

Ərdoğan: “Axan hər damla qan ortaq tariximizə qızıl hərflərlə yazılmışdır”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Azərbaycan Ordusu, #Füzuli, #Müharibə, #Rəcəb Tayyib Ərdoğan, #Şuşa, #Türkiyə, #Vətən müharibəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycan Ordusunun Qarabağ torpağında atdığı hər addım, müstəqillik və ləyaqət uğrunda tökülən hər damla qan Türk dünyasının tarixində şərəf nişanəsi kimi ortaq tariximizə qızıl hərflərlə yazılıb”.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı bildirib.

Ərdoğan deyib: “Bundan 45 gün əvvəl əslən qarabağlı olan böyük bir şairimiz rəhmətə getdi. Mərhum Yavuz Bülənd Bakilər Qarabağa olan həsrətini bu misralarla dilə gətirmişdi:

Torpağına bayraqlarla girə bilərəm.

Qara sevdalılar kimi həsrətəm Qarabağa.

Uğrunda ölə bilərəm.

Bir gün bitərsə hər şey Qarabağı görmədən,

İstəmərəm lentlər, çələnglər.

Allahım, ruhuma bir az rahatlıq ver.

Üstümə oxunmuş bir neçə ovuc mübarək Qarabağ torpağı səpilsə, kifayət edər.

İllər boyu şairlər Qarabağ üçün belə həsrət dolu şeirlər yazmışlar. İlham qardaşımın liderliyi altında Azərbaycan Ordusu Qarabağı işğaldan qurtararaq, könüllərdəki 30 illik yanğını da söndürdü. Allaha şükürlər olsun, bu gün Laçından Şuşaya, Zəngilandan Xankəndiyə, Xocalıdan Füzuliyə qədər Qarabağın hər qarışında hüzur var, inkişaf var, barış, rifah və azadlıq var”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv