“Finalissima”nın vaxtı dəyişdirildi – Hər şey İspaniyadan asılıdır

“Finalissima”nın vaxtı dəyişdirildi – Hər şey İspaniyadan asılıdır






presstv

"Presstv"az #Argentina, #Audi, #Avropa, #Futbol, #İspaniya, #İspaniyanın, #Qətər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) “Finalissima”nın – Avropa Çempionatı (İspaniya) və Amerika Kuboku (Argentina) qalibləri arasında tək oyunlu turnirin keçirilmə vaxtını dəyişdirib.

presstvaz xarici mediaya istinadən xəbər verir ki, ilkin olaraq 2026-cı il martın 28-də keçirilməsi planlaşdırılan oyunun vaxtı martın 27-nə dəyişdirilib.

Bildirilib ki, bu qərar tədbirin nüfuzunu artırmaq, matçın ətrafındakı hər şeyin – komandaların gəlişindən mətbuat konfranslarına qədər böyük final atmosferi daşımasını təmin etmək məqsədi daşıyır.

Lakin qeyd olunub ki, hər şey İspaniyanın 2026-cı il dünya çempionatına birbaşa vəsiqə qazanmasından asılı olacaq. Əgər ispanlar birbaşa vəsiqə qazana bilməyib, mart ayında keçiriləcək DÇ-2026-nın seçmə mərhələsinin pley-off mərhələsində iştirak edərsə, “Finalissima” baş tutmayacaq.

Qeyd edək ki, matçın Qətərdəki “Lusail” stadionunda keçirilməsi planlaşdırılır. Oyunun daha öncə 2025-ci ilin martında oynanılması gözlənilsə də, sonradan 2026-cı ilə təxirə salınmışdı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv