Nyu-Yorkun “Times” meydanında Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir

Nyu-Yorkun “Times” meydanında Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avto, #Azərbaycan, #Nyu-York

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin Nyu-York şəhərində 8 noyabr – Zəfər Günü münasibətilə keçirilən məlumatlandırma aksiyası davam edir.

presstvaz “Report”a istinadən xəbər verir ki, aksiya Amerika-Azərbaycan Gənclər Federasiyasının təşəbbüsü və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

Məlumatlandırma aksiyasında üzərində Azərbaycan həqiqətlərini əks etdirən LED ekranlı avtomobil hər gün minlərlə turistin ziyarət etdiyi, Nyu-Yorkun simvolu hesab olunan dünyaca məşhur “Times” meydanında hərəkət edib.

“Qarabağ şikəstəsi” və “Bayatı-Şiraz” təsnifinin sədaları altında hərəkət edən avtomobilin ekranlarında Azərbaycanın dövlət bayrağı, “Qarabağ sülhün və ümidin məkanıdır”, “5 illik qələbən mübarək, Azərbaycan”, “Azərbaycanın zəfəri, ədalətin qələbəsi”, “Qarabağda davamlı sülh naminə birliyimiz əbədidir”, “Zəfər qəhrəmanlarını ehtiramla yad edirik”, “Azərbaycan qalib gəldi və Qafqazda sülhü, həmrəyliyi möhkəmləndirdi”, “Qarabağ – sülhün və ümidin diyarı”, “Azərbaycan – 5 illik cəsarət, 5 illik qürur!” şüarları və xarıbülbül ilə azad olunmuş ərazilərin təsvirləri əks olunub.

LED ekranlı avtomobil səhər saatlarına qədər Nyu-Yorkun Manhetten adasının mərkəzi küçə və meydanlarında dövrə vuracaq və “Times” meydanında dayanacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv