Ceyhun Bayramov Makronun təhdidlərinə Prezident İlham Əliyevin necə cavab verdiyindən danışdı

Ceyhun Bayramov Makronun təhdidlərinə Prezident İlham Əliyevin necə cavab verdiyindən danışdı






presstv

"Presstv"az #44 günlük Vətən müharibəsi, #Audi, #Azərbaycan, #Ceyhun Bayramov, #Emmanuel Makron, #Fransa, #Müharibə, #Vətən müharibəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“44 günlük Vətən müharibəsi başladıqdan sonra Azərbaycana qarşı siyasi-diplomatik təzyiqlər də başladı və Azərbaycan hərbi uğurlar qazandıqca, bu təzyiqlər həndəsi silsilə ilə çoxaldı və hətta təhdidlərə keçdi”.

presstvaz xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İctimai Televiziyada yayımlanan “Təmas xətti” verilişində danışıb.

Onun sözlərinə görə, həmin günlərdə Fransa Prezidenti Emmanuel Makron dəfələrlə telefon zəngi edərək Azərbaycanı təhdid edib.

“Fransa prezidenti deyirdi ki, siz dərhal dayanmalısınız. Əgər bu baş verməsə, biz Fransa olaraq Dağlıq Qarabağı tanıyacağıq. Dərhal da Azərbaycan Prezidentindən cavab almışdı ki, siz bunu edə bilərsiniz, amma bu bizim üçün heç nəyi dəyişməyəcək. Siz əmin ola bilərsiniz ki, Azərbaycan dərhal Fransa ilə bütün diplomatik münasibətləri kəsəcək”, – deyə nazir dövlət başçısının Makrona cavabını açıqlayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv