Şuşa şəhər gününü qeyd edir

Şuşa şəhər gününü qeyd edir






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Azərbaycan Ordusu, #Ballistik raket, #Böyük Qayıdış, #Ermənistan, #İlham Əliyev, #Meşə, #Müharibə, #Orta məktəb, #Şəhidlər xiyabanı, #Sərəncam, #Şuşa, #Şuşa şəhəri, #Vətən müharibəsi, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Noyabrın 8-i Azərbaycanda Şuşa Şəhəri Günü qeyd olunur.

presstvaz xatırladır ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 8-də Şuşa Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.

Şəhər 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin 43-cü günündə, noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz tərəfindən düşmən tapdağından azad olunub.

Erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Elə həmin gün Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib.

Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Döyüşlər zamanı Azərbaycan Ordusu sıx meşələri, keçilməz yarğanları və çətin dağ keçidlərini aşaraq Şuşaya istiqamət götürüb.

2020-ci il noyabrın 7-də Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri şəhərin qayalıqlarına dırmaşaraq yüngül silah-sursatla Şuşaya daxil olublar. Döyüşlər zamanı Şuşaya Ermənistan tərəfindən “İskəndər” ballistik raketləri atılıb. Raketin hədəfi isə azərbaycanlı hərbçilər olub. Buna baxmayaraq, Azərbaycan Ordusu tezliklə erməni qoşunlarını məhv edərək şəhərdən qovub və noyabrın 8-də Şuşa şəhəri düşməndən azad olunub.

2021-ci ilin mayında Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Eyni zamanda, 2021-ci il mayın 12-13-də Şuşa şəhərindəki Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı keçirilib.

Şuşa şəhər gününü qeyd edir

“İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Şuşaya ilk köç 2024-cü il mayın 10-da baş tutub.

Şuşa şəhər gününü qeyd edir

2024-cü ilin sentyabrın 24-də Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə 32 il sonra ilk zəng çalınıb.

Şuşa şəhər gününü qeyd edir

Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı 2024-cü ilin oktyabrın 21-də təsdiqlənib.

Şuşa şəhər gününü qeyd edir


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv