Naviqasiyada yeni era – Sizinlə "söhbət edəcək"

Naviqasiyada yeni era – Sizinlə "söhbət edəcək"






presstv

"Presstv"az #Google, #iPhone

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Google" ən çox istifadə edilən naviqasiya tətbiqi olan "Google Maps"i süni zəka sistemi "Gemini" ilə birləşdirərək onu interaktiv "yol yoldaşına" çevirir.

presstvaz xəbər verir ki, şirkət yeni sistemi çərşənbə günü təqdim edib.

Yenilənmiş tətbiq artıq yalnız istiqamət göstərməklə kifayətlənməyəcək, həm də yaxınlıqdakı restoranlar, mağazalar və görməli yerlər barədə tövsiyələr verəcək. Google açıqlamasında "Artıq axtarmağa ehtiyac yoxdur, sadəcə soruşmaq kifayətdir", – deyə bildirib.

Yeni sistem istiqamətləri daha təbii şəkildə təqdim edəcək. Məsələn, "200 metr sonra sağa dönün" əvəzinə "kilsənin yanından sağa dönün" kimi vizual istinad nöqtələrinə əsaslanan göstərişlər veriləcək.

Google-un məlumatına görə, Gemini sistemi son 20 ildə toplanmış 250 milyon məkan məlumatı və istifadəçi rəylərindən yararlanır. Şirkət süni zəkanın istifadəçiləri yanlış istiqamətə yönləndirməməsi üçün təhlükəsizlik mexanizmlərinin mövcud olduğunu da qeyd edib.

Yeni xüsusiyyətlər həm iPhone, həm də Android cihazlarında istifadəyə veriləcək. Bu isə "Gemini"yə dünyada 2 milyarddan çox istifadəçiyə çatmaq imkanı yaradacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv