İqtisadiyyat Nazirliyində şəhid övladları ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyində şəhid övladları ilə görüş keçirilib






presstv

"Presstv"az #Ailə, #Audi, #Azərbaycan, #Azərbaycan Ordusu, #İqtisadiyyat Nazirliyi, #Konstitusiya və Suverenlik İli, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində İqtisadiyyat Nazirliyində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəmanlarımızın övladları ilə görüş keçirilib. İqtisadiyyat Nazirliyinin və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkil etdiyi tədbirdə ali təhsil müəssisələrində təhsil alan şəhid övladları nazirliyin iş prosesi ilə tanış olublar.

presstvaz xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Vurğulanıb ki, müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qazandığı parlaq Zəfərin beş illiyi ölkəmizdə böyük qürurla qeyd edilir. Torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarından keçmiş şəhidlərimizin, döyüşlərdə iştirak etmiş əsgər və zabitlərimizin fədakarlığı əsl vətənpərvərlik nümunəsidir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ölkəmizin qlobal nüfuzunun artması və iqtisadi suverenliyinin daha da gücləndirilməsi üçün möhkəm bünövrə formalaşdırıb.

Tədbirdə ölkəmizdə insan kapitalının inkişafı istiqamətində görülən işlər barədə müzakirə aparılıb. Şəhid övladlarının maraq göstərdikləri istiqamətlər, inkişaf məqsədləri barədə fikirləri dinlənilib, tövsiyələr verilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv